Lənkəranda minik avtomobili su kanalına düşüb. Lənkəranda minik avtomobili su kanalına düşüb.

Avtomobil su kanalına düşdü - 4 yaralı

Lənkəranda minik avtomobili su kanalına düşüb.


Hadisə 21 radələrində Lənkəran- Boradigah şosesinin Gil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hələ ki şəxsiyyəti müəyyən olunmamış sürücü, idarə etdiyi "VAZ-21015" markalı, 44 BB 482 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı su kanalına düşüb.

Nəticədə sürücü daxil olmaqla 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin versiya kimi, qəzanın avtomobilin sürüşkən yolda sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


APA