Paytaxtın Suraxanı rayonu, Günəşli qəsəbəsində sürüşmə baş verib. Bir neçə gündür ki, yağan aramsız yağışlar paytaxtın sürüşmə zonalarında fəallığı artırıb. Paytaxtın Suraxanı rayonu, Günəşli qəsəbəsində sürüşmə baş verib. Bir neçə gündür ki, yağan aramsız yağışlar paytaxtın sürüşmə zonalarında fəallığı artırıb.

Bakıda daha bir yol çökdü - Tıxac yarandı (Fotolar)

Paytaxtın Suraxanı rayonu, Günəşli qəsəbəsində sürüşmə baş verib. Bir neçə gündür ki, yağan aramsız yağışlar paytaxtın sürüşmə zonalarında fəallığı artırıb.


AzNews.az Musavat.com-a istinadən xəbər verir ki, fəal sürüşmə zonalarından sayılan Günəşli qəsəbəsində avtomobil yolunda sürüşmə baş verib. Asfalt örtüyünün bir hissəsinin dağılması yolda uzun tıxacın yaranmasına səbəb olub.

Sürüşmə baş verdikdən sonra əraziyə "Azəryol" ASC-nin əməkdaşları cəlb olunub, ərazi torpaqla doldurulub, asfaltlanıb.

Ərazidə çalışan ASC-nin əməkdaşları da sürüşməyə səbəb kimi bir neçə gündür yağan yağışı göstərdilər.