Gəncədə döyülmə faktı qeydə alınıb. Gəncədə döyülmə faktı qeydə alınıb.

60 yaşlı kişini döydülər - Gəncədə

Gəncədə döyülmə faktı qeydə alınıb.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, Daşkəsən rayon Bayan kənd sakini, 1956-cı il təvəllüdlü Tariyel Abbasov döyülərək müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. T.Abbasovun dediyinə görə, o, şəhərin Abbas Səhət adlanan yaşayış massivində tanımadığı şəxs tərəfindən döyülüb.

Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.