- Köhnə - Hadisə
- 23 Fevral 2016 15:08
- 3 073
Şirkətdən 55000 manatlıq oğurluq edildi

Xırdalan şəhərində şirkətdən 55000 manat dəyərində inşaat materialları oğurlanıb.
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 18-dən 28-dək olan müddətdə Xırdalan şəhərində "Xırdalan Süd" ASC-yə məxsus anbardan 55000 manat dəyərində inşaat materialları oğurlanıb.
Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş oranın mühafizəçiləri - Lerik rayon sakini Röyal Ağayev saxlanılıb, daha 1 nəfər isə müəyyən edilib.