Bakıda qadına məxsus şirkətdə oğurluq hadisəsi baş verib. Bakıda qadına məxsus şirkətdə oğurluq hadisəsi baş verib.

Xarici vətəndaşın şirkətindən 5 min manat pul oğurlandı

Bakıda qadına məxsus şirkətdə oğurluq hadisəsi baş verib.


Oğurluq Özbəkistan vətəndaşı Zeynəb Bağırovaya məxsus Vaqif küçəsi 5-də yerləşən "Geeta Pharma" MMC-dən edilib.

Belə ki, ofisin arxa qapısını sındıran oğru (və ya oğrular) oradan 5 min manat pul, 1 ədəd kreslo, 4 ədəd stul və noutbuk aparıblar.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 20-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Report.az