Daxili İşlər Nazirliyi Lerik rayonunda məktəb direktorunun həmkəndlisinə xəsarət yetirdikdən sonra tüfəngdən açdığı atəşlə özünü öldürməsi ilə bağlı məlumat yayıb. Daxili İşlər Nazirliyi Lerik rayonunda məktəb direktorunun həmkəndlisinə xəsarət yetirdikdən sonra tüfəngdən açdığı atəşlə özünü öldürməsi ilə bağlı məlumat yayıb.

Direktorun intiharı ilə bağlı DİN-dən - Açıqlama

Daxili İşlər Nazirliyi Lerik rayonunda məktəb direktorunun həmkəndlisinə xəsarət yetirdikdən sonra tüfəngdən açdığı atəşlə özünü öldürməsi ilə bağlı məlumat yayıb.


AzNews.az xəbər verir ki, martın 2-də saat 05 radələrində Lerik rayonunun Veri Əliabad kəndində kənd sakini Adil Rəhimov aralarında olan münaqişə ilə əlaqədar həmkəndlisi Seyid Qurbanovun yaşadığı evə gəlib tüfəngdən onun istiqamətində 1 dəfə atəş açıb (güllə S.Qurbanova dəyməyib), bıçaqla ona və onun arvadı Sevdaya xəsarət yetirib hadisə yerini tərk edib. O, kəndin qəbristanlığına gedərək həmin tüfəngindən açdığı atəşlə özünü öldürüb.

Lerik RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 16 kalibrli lüləsi kəsilən ov tüfəngi, 1 ədəd qumbara və 1 ədəd mətbəx bıçağı götürülüb.

S.Qurbanov xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar cinayət işi başlayıb. Araşdırmalar aparılır.