Bakıda Aeroport yolunda baş verən zəncirvari qəzada 21 nəfər xəsarət alıb. Bakıda Aeroport yolunda baş verən zəncirvari qəzada 21 nəfər xəsarət alıb.

Aeroport yolundakı zəncirvari qəzada yaralananlardan - 14-ü evə buraxıldı

Bakıda Aeroport yolunda baş verən zəncirvari qəzada 21 nəfər xəsarət alıb.


AzNews.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, xəsarət alanlardan 14 nəfər artıq evə buraxılıb.

Onun sözlərinə görə, hazırda 7 nəfər xəstəxanadadır. S. Əhmədova onu da əlavə edib ki, xəsarət alanların həyatına təhlükə yoxdur.