- Köhnə - Hadisə
- 6 Mart 2016 23:55
- 2 382
Bakı-Qazax yolunda avtobus qəzası - Yaralılar var
Bakı-Qazax-Gürcüstan avtomobil yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə magistral yolun Qazax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Tbilisi-Bakı marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə Qazax rayon sakini, 1993-cü il təvəllüdlü İbrahim Hüseynovun idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub.
Nəticədə "Mercedes"in sürücüsü və sərnişin, 1995-ci il təvəllüdlü Elfaq Quliyev müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.