Masallı rayonunda Bədəlan kənd sakini ilə iş adamı arasındakı 6 sotluq torpaq davası pik həddə çatıb. Masallı rayonunda Bədəlan kənd sakini ilə iş adamı arasındakı 6 sotluq torpaq davası pik həddə çatıb.

İş adamı kəndlinin evini sökdürür – Ahıl kişi ölümcül vəziyyətdə... (Video)

Masallı rayonunda Bədəlan kənd sakini ilə iş adamı arasındakı 6 sotluq torpaq davası pik həddə çatıb.



AzNews.az xəbər verir ki, Ali Məhkəmə Şahdigar Teymurova məxsus, illərdir istifadəsində olan həyətinin alınaraq iş adamı Aydın Sahibova verilməsi ilə bağlı qərar qəbul edib. Qərardan sonra məhkəmə icraçıları əraziyə yollanıb.

Bu barədə AzNews.az-a Ş.Teymurovun oğlu Zaur Teymurov məlumat verib. Onun sözlərinə görə, icraçılar hazırda həyətdə söküntü işləri aparırlar: "Məhkəmə icraçıları atama və ailəmizin digər üzvlərinə qarşı zor tətbiq ediblər. Atam yaşlı kişidir. Təzyiqi 300-ə qalxıb. Ölümcül vəziyyətdədir. Həyətimizdə də bu dəqiqə söküntü gedir. Kasıb adamlarıq. Alıblar torpağımızı, veriblər Aydın Sahibova. Sona kimi getdik, amma nəticəsi olmadı. Aydın Sahibovun pulu bütün qanunları üstələdi. Bizim qanuni sənədimiz ola-ola həyətimizin sökülməsinə qərar verildi. Bu torpağı bizə dövlət verib, bələdiyyə verib. İndi gəlib deyirlər ki, sənəd saxtadır. Ay qardaş, ay insanlar, əgər sənəd saxta verilibsə, burda bizim günahımız nədir? Gedin sənədi saxta verənləri cəzalandırın da. İkinci, sənədin saxta olmasını da sübut edə bilmirlər. Sadəcə iş adamının pulları bunlar üçün əsasdır, qanundur, ədalətdir. Bu qədər dərəbəylik olmaz. Bu məsələ barədə dövlət başçısına müraciətimiz olacaq".

Xatırladaq ki, tərəflər arasındakı dava uzun müddətdir ki, davam edirdi. Məsələ ilə bağlı ətraflı məlumatları aşağıdakı linklərdən oxuya bilərsiniz:

Müstəntiq yaşlı kişiyə qarşı quldurluq edib – Torpaq davası
Masallılıların 6 sotluq torpaq davası Avropa məhkəməsində - Foto
Torpaq sənədini oğurlayan müstəntiqlə bağlı nazirə - Şikayət
İş adamı kəndlinin əmlakına əl qoydu – Prezidentə müraciət