«Qarabağ» geriləyir

UEFA növbəti reytinq siyahısını dərc edib. AzNews.az xəbər verir ki, 450 klubun cəmləşdiyi cədvəldə Azərbaycandan ən yaxşı göstərici yenə "Qarabağ"a məxsusdur. Baxmayaraq ki, "ağlar" keçən ayla müqayisədə 4 pillə geriləyib. Ağdam təmsilçisini hazırda 5.608 xalla 227-ci sıradadır.

"Bakı" 269-cu (3.858), "Neftçi" 285-ci (3.608), "İnter" 296-cı (3.358), "Xəzər Lənkəran" 326-cı (2.858), AzAL 376-cı (1.858) və "Simurq" 377-cidir (1.858).

Qeyd edək ki, Avropanın ali futbol təşkilatı klubların reytinqini son 5 ildə avrokuboklarda qazandığı nəticələr əsasında müəyyənləşdirir.

AzNews.az