Maşınla vurulan 41 yaşı kişi öldü - Yenilənib

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.


Rayonun Girdəni kənd sakini, 1961-ci il təvəllüdlü Allahyar İdris oğlu Əsədullayevin idarə etdiyi "Mercedes" markalı 42 BP 268 dövlət nömrə nişanlı minik avtomobili yolu keçmək istəyən həmkəndlisi 1975-ci il təvəllüdlü Ələsgər Qasım oğlu İmamverdiyev vurub.

Zərərçəkən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***
20:59

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 20.00 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Viravul kənindən keçən hissəsində qeydə alınıb.

Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan avtomobil yolu keçmək istəyən piyadanı vuraraq ona ağır bədən xəsarətləri yetirib. Piyada dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.