- Köhnə - Hadisə
- 11 Noyabr 2012 08:30
- 2 199
İtkin düşmüş turistlərin axtarışı davam edir

AzNews.az-ın Çili mətbuatına istinadən verdiyi xəbərə görə, itkin düşənlərin biri 32 yaşlı Rusiyalı Dmitri Sivenkov, digərləri isə 25 yaşlı fransız və eyni yaşlı italyandır.
Onlar Vilyarika vulkanına ekspedisiyaya yollanıblarmış.
Noyabrın 7-də turistlərdən biri son dəfə olaraq sevgilisinə zəng edərək artıq qaranlıq düşdüyünü və yatmağa hazırlaşdıqlarını deyib. O vaxtdan turistlərdən xəbər yoxdu.
Həmin gecə hava birdən pisləşib və qar yağıb. Turistlərin axtarışına itkin düşmüş italyanın ailəsi tərəfindən xərcləri ödənilən helikopter də qoşulub.
İnci
AzNews.az