- Köhnə - Hadisə
- 31 Mart 2016 17:41
- 3 473
Bakıda bayker qəzaya düşdü

Bakıda motosikletlə minik avtomobili toqquşub.
Xətai rayonu ərazisində Neapol dairəsində 25 yaşlı Orxan Umudovun idarə etdiyi "Zontes" markalı motosiklet "Opel" markalı minik avtomobilinə çırpılıb. Nəticədə mosotikletin sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb və Travmotologiya xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, O.Umudov peşəkar motobaykerdir və baykerlər klubunun üzvüdür.
Lent.az