Kürdəmirdə bədbəxt hadisə - Su əvəzinə sirkə turşusu içib öldü

Kürdəmirdə 75 yaşlı qadın ehtiyatsızlıqdan həyatını itirib. Hadisə rayonun rayonun Sığırlı kəndində qeydə alınıb.


AzNews.az xəbər verir ki, Sığırlı kənd bələdiyyəsindən ans press-ə verilən məlumata görə, kənd sakini, 1941-ci il təvəllüdlü Şövkət Əzizova uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkirmiş və dərman qəbul edirmiş.

Hadisə baş verən gün də 75 yaşlı qadın dərmanlarını qəbul etdikdən sonra su əvəzinə bilmədən sirkə turşusu içib. Bir neçə dəqiqədən sonra halının pisləşdiyini görən ailə üzvləri onu dərhal xəstəxanaya gətirsələr də, Ş. Əzizova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Oxşar hadisə bir neçə ay əvvəl Şəkidə də qeydə alınıb. Rayonun Baş Zəyzid kənd sakini, 1978 -ci il təvəllüdlü Əfqan Allahyar oğlu Bayramov sirkə turşusundan zəhərlənib.

Ə. Bayramov məhlulu qəbul edərkən içkili vəziyyətdə olduğunu və susadığı üçün su bilib içdiyini bildirib.