Rusiyada azərbaycanlı qəzaya düşdü - Ölən var

Rusiyada 31 yaşlı azərbaycanlı avtomobil qəzasına düşüb.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, hadisə Rusiyanın Voronej vilayəltənin Qribanovski rayonunda baş verib.

Moskva-Həştərxan transmagistralında hərəkət edən "QAZel" markalı 2 yük maşının toqquşması nəticəsində hər iki sürücü aldığı ağır xəsarətlərdən dolayı xəstəxanaya yerləşdirilib.

Lakin onlardan biri 55 yaşlı Kostroma əyalətinin sakini həyatını itirib. Qəza onun idarə etməni itirməsi nəticəsində baş verib.

Digər "QAZel"in sürücüsü 31 yaşlı azərbaycanlının həyatını xilas etmək mümkün olub. Voronej vilayələtinin Daxili İşlər Nazirliyinin məlumatında bildirlir ki, onun vəziyyəti stabildir. Faktla bağlı araşdırma aparılır.