Ermənistan Silahlı Qüvvələri cəbhədə atəşkəsi pozmaqda davam edir. Ermənistan Silahlı Qüvvələri cəbhədə atəşkəsi pozmaqda davam edir.

Ermənilərin atdığı mərmi evə düşdü – 1 yaralı + Foto

Ermənistan Silahlı Qüvvələri cəbhədə atəşkəsi pozmaqda davam edir.


AzNews.az xəbər verir ki, atəşkəsin pozulması nəticəsində atılan mərmilərdən biri Tərtər rayonunun Düyərli kənd sakinin evinə düşüb. Hadisə nəticəsində ev sakini 1983-cü il təvəllüdlü Əliyeva Mehbarə Nəbi qızı yaralanıb.

Tərtər rayon Mərkəzi Xəstəxanasından AzNews.az-a verilən məlumata görə, yaralı çoxsaylı qəlpə zədəsi alıb. Vəziyyəti hazırda stabildir.