Müdafiə Nazirliyinin müraciəti əsasında bir neçə şəxsin hərbi dərəcələri aşağı endirildi Müdafiə Nazirliyinin müraciəti əsasında bir neçə şəxsin hərbi dərəcələri aşağı endirildi

Tibb Universitetində ciddi qanun pozuntuları aşkarlandı-EKSKLÜZİV

Müdafiə Nazirliyinin müraciəti əsasında bir neçə şəxsin hərbi dərəcələri aşağı endirildi



Tibb Universitetinin hərbi fakültəsində Müdafiə Nazirliyinin yoxlama apardığı barədə AzNews.az-a bir neçə gün əvvəl məlumat daxil olub. Həmin məlumatda bildirilir ki, adıçəkilən nazirlik üçün hərbi kadrlar hazırlayan fakültədə həyata keçirilən yoxlamalar nəticəsində bir sıra qüsurlar üzə çıxıb.

Eyni zamanda tələbələrin hazırlıq səviyyəsi ilə yanaşı, həm də sağlamlıq durumları MN-nin standartlarına cavab vermədiyi məlum olub. Bütün bunlar Nazirliyi kəskin addım atmağa vadar edib, aşkarlanan faktlar barədə ciddi ölçü götürülməsi üçün müvafiq qurumlara müraciət edilib.

Bu gün aldığımız məlumata görə isə nazirliyin müraciətinə artıq reaksiya var: Tibb Universitetinin hərbi fakültəsi rəhbərliyinə qarşı bəzi tədbirlər həyata keçirilib. Dekan daxil olmaqla bir neçə şəxsin hərbi dərəcələri aşağı endirilib. Proses isə hələlik davam edir.

Mövzunu diqqətdə saxlayacağıq.

Gültəkin Qəhrəmanlı
AzNews.az