Günəş tutuldu

Cəmi 2 dəqiqə davam edən bu hadisəni on minlərlə turist izləyib



Bu gün Avstraliyada minlərlə insan tam Günəş tutulmasını müşahidə edib. Cəmi 2 dəqiqə davam edən bu hadisəni izləmək üçün dünyanın müxtəlif ölkələrindən on minlərlə turist Avstraliyaya axışıb.

Tam Günəş tutulması Avstraliyanın Kvinslend ştatının Kerns şəhərində daha yaxşı, Yeni Zellandiya və İndoneziyada isə qismən müşahidə edilib.

2013-cü ildə ilk və son olacaq tam Günəş tutulmasının analoqu sonuncu dəfə 2002-ci ildə baş verib.

Növbəti tam Günəş tutulması 2028-ci ildə Sidneydə müşahidə olunacaq.

Elnarə Əlosmanqızı
AzNews.az