Şəhidlərlə bağlı silsilə yazılar yazan, jurnalist Aidə Eyvazlı ötən gün Bərdədə olub. Şəhidlərlə bağlı silsilə yazılar yazan, jurnalist Aidə Eyvazlı ötən gün Bərdədə olub.

Bərdədə icra nümayəndəsi jurnalisti kənddən qovdu

Şəhidlərlə bağlı silsilə yazılar yazan, jurnalist Aidə Eyvazlı ötən gün Bərdədə olub.


Məlumata görə, o, Şəhid Səbuhi Musayevin ailəsinə baş çəkib. Şəhidin ailəsinin yaşadığı Mustafaağalı kəndinə gəlib. Şəhid əsgər Səbuhi Musayevin keçdiyi döyüş yolu haqqında yazı hazırlayan jurnalist kəndin icra nümayəndəsi, özünü sadəcə Qəhrəman kimi təqdim edən şəxs tərəfindən təzyiqə məruz qalıb.

Qoçularını ətrafına toplayan kənd icra nümayəndəsi jurnalistin işini görməsinə əngəl olaraq onu kənddən çıxardıb.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısının Mustafaağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Qəhrəman Zeynalov faktı qismən təsdiqləyib:
"Dediyiniz qadınla danışmamışam. Onun yanında bir şəxs var idi. Ondan kim olduğunu maraqlandım. Amma mən onu kənddən qovmamışam. Bu gün şəhid Səbuhi Musayevin yeddisidir. Bura çox adam gəlir. Mənim tərəfindən jurnalistin qovulması olmayıb".

Qarşılaşdığı vəziyyətdən ciddi mənəvi zərbə alan Aida Eyvazlının səhhətində problemlər yaranıb.

Modern.az