Atəşkəs pozuldu - Erməni hərbçi yaralandı

Xəbər verdiyimiz kimi, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 118 dəfə pozub.


Əməliyyat şəraitinə uyğun olaraq Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqeləri və səngərlərinə 120 dəfə atəş zərbəsi endirib.

AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycan tərəfinin açdığı cavab atəşi nəticəsində erməni hərbçisi Qaqik Vyaçeslavoviç Xurşudyan yaralanıb. Onun sol əlindən güllə yarası aldığı bildirilir.

Aydan