Azərbaycan ordusu daha bir hərbçisini itirib. Azərbaycan ordusu daha bir hərbçisini itirib.

Hərbçimiz həlak oldu – Günay İbrahimlinin qohumudur

Azərbaycan ordusu daha bir hərbçisini itirib.


AzNews.az verir ki, təhlükəsizlik qaydalarının pozulması nəticəsində bir hərbi qulluqçumuz, polkovnik-leytenant Axundov Sənan Tahir oğlu həlak olub.

Müdafiə Nazirliyi AzNews.az-ın müvafiq sorğusuna cavab olaraq məlumatı təsdiqləyib.

Hərbçimiz bu gün Beyləqanda Cərciz peyğəmbər ziyarətgahının qəbirstanlığında dəfn olunub.

Həlak olan hərbçi müğənni Günay İbrahimlinin qohumudur. O, bu barədə sosial şəbəkədə yazıb. Bildirib ki, həlak olan hərbçi onun atasının bibisi nəvəsidir.