- Köhnə - Hadisə
- 29 Aprel 2016 00:32
- 2 207
Sərxoş kişi su arxına yıxılaraq boğulub öldü
Qaxda su arxına yıxılan 64 yaşlı kişi boğularaq ölüb.
AzNews.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə aprelin 28-i axşam saatlarında rayon Qum kəndində qeydə alınıb. Qum kənd sakini, 64 yaşlı İbrahim Məmmədovun meyiti yaşadığı evin yaxınlığından axan su arxında qonşuları tərəfindən aşkar olunub. Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları ilkin araşdırma zamanı məlum olub ki, İ. Məmmədov sərxoş vəziyyətdə su arxına yıxılıb və boğularaq ölüb.
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.