FTX gizli təriqət barədə araşdırmaya başlayıb FTX gizli təriqət barədə araşdırmaya başlayıb

ŞOK! Yaşyarımlıq oğlunu qurban kəsdi - FOTO

FTX gizli təriqət barədə araşdırmaya başlayıb



Rusiyanın Nijeqordsk vilayətinin Seymyonovsk rayonunun 41 yaşlı sakininin hərəkəti ölkəni şoka salıb. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, İrina M. adlı bu qadın yaşyarımlıq oğlu Paveli yaşadığı evin yaxınlığındakı gölün kənarına apararaq başını kəsib, sonra isə körpəni gölə tullayıb.
Məlumata görə, gizli xristian təriqətinin üzü olan İrinaya "sms" gəlib.

Həmin "sms"də isə "ruhunu təmizləmək istəyirsənsə, oğlunu qurban kəs" deyə yazılıbmış. Bundan sonra qatil ana körpəni götürərək göl kənarına gəlib. Özüylə gətirdiyi baltayla uşağın başını kəsərək, cəsədi gölə tullayıb.

Evə qayıdan İrina uşağının itməsi barədə polisə ərizəylə müraciət edib. Amma araşdırmadan sonra uşağın qətlə yetirildiyi məlum olub.
Faktla bağlı cinayət işi qaldırılıb. Hazırda vilayət polisi və yerli FTX həmin gizli təriqət barədə araşdırmaya başlayıb.

AzNews.az
image description