Bu gün REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Müsavat Partiyası sədrinin müavini, sonuncu əfv sərəncamı ilə azadlığa çıxmış Tofiq Yaqublunun barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bu gün REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Müsavat Partiyası sədrinin müavini, sonuncu əfv sərəncamı ilə azadlığa çıxmış Tofiq Yaqublunun barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

İlqar Məmmədov həbsdə qaldı

Bu gün REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Müsavat Partiyası sədrinin müavini, sonuncu əfv sərəncamı ilə azadlığa çıxmış Tofiq Yaqublunun barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.


AzNews.az-ın verdiyi məlumata görə, Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə məhkəmə qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, İ.Məmmədov və T.Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə apellyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov və T.Yaqublu kassasiya şikayəti veriblər. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib.

Bahar RÜSTƏMLİ
AzNews.az