Zaqatala şəhərində və Qaradağ rayonunun Qobustan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Zaqatala şəhərində və Qaradağ rayonunun Qobustan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Zaqatalada və Qobustanda ağır qəza - Ölən var

Zaqatala şəhərində və Qaradağ rayonunun Qobustan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.


AzNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyunun 1-də saat 14 radələrində Zaqatala şəhərində şəhər sakinləri - Fərman Abdullayevin idarə etdiyi "Opel" və Bəhman Musayevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub.

Nəticədə B.Musayevin 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.

İyunun 1-də saat 16 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində də qəsəbə sakini Məlik Aslanov idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb və hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.