- Köhnə - Hadisə
- 21 Noyabr 2012 08:45
- 2 230
“FHN əməkdaşı“ tutuldu
![](https://www.aznews.az/storage/photos/hebs en yeni.jpg)
M.Miriyev Kür daşqınlarından zərər çəkən vətəndaşlardan 2011-2012-ci illərdə dələduzluq yolu ilə 20 min manata qədər pul alıb. Bu zaman o, özünü FHN-in əməkdaşı kimi təqdim edərək onlara ev tikiləcəyini söz verib. Hələlik istintaqa onun tərəfindən aldadılmış 12 nəfərin ərizəsi daxil olub. İstisna olunmur ki, aldadılmış vətəndaşların sayı arta bilər. Adı çəkilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 maddələri ilə cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.
AzNews.az