Səbail rayonunun Bibiheybət qəsəbəsində bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Səbail rayonunun Bibiheybət qəsəbəsində bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Bakıda qəza - Maşınla piyadanı vurub öldürdü

Səbail rayonunun Bibiheybət qəsəbəsində bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, qəsəbədə Bakı şəhər sakini Vasif Hüseynov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən Ağsu rayon sakini Eldəniz Mehdiyevi vurub.

Xəstəxanaya yerləşdirilmiş E.Mehdiyev orada ölüb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.