Bakıda metronun "Sahil" stansiyasının yaxınlığında yerləşən 5 mərtəbəli binalardan biri yanır. Bakıda metronun "Sahil" stansiyasının yaxınlığında yerləşən 5 mərtəbəli binalardan biri yanır.

“Sahil”də bina yanır (Yenilənib)

Bakıda metronun "Sahil" stansiyasının yaxınlığında yerləşən 5 mərtəbəli binalardan biri yanır.


Yanğın Üzeyir Hacıbəyli küçəsi, 24/27 ünvanında yaşayış olmayan binada baş verib.

Artıq yanğınsöndürmə briqadaları yanğının söndürülməsi üçün iş aparırlar. Hazırda yanğının yayılmasının qarşısı alınıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları da göndərilib.

Trend.az

15:53
***
Metronun "Sahil" stansiyasının yaxınlığında baş verən yanğının bəzi təfərrüatları bəlli olub.

4 mərtəbəli binanın yanğın baş verən ikinci mərtəbəsində yaşayış yoxdur. Birinci, üçüncü və dördüncü mərtəbələrdə olan sakinlər isə ərazidən təxliyyə edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində işlər davam etdirilir.

Yanğın zamanı vətəndaşlardan xəsarət alan olmasa da, FHN-nin bir əməkdaşının tüstüdən zəhərləndiyi bildirilir.

Anspress.com