Ağdaş rayonunda velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ağdaş rayonunda velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

17 yaşlı velosipedçini maşın vurdu - Ağdaşda

Ağdaş rayonunda velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə Ağdaş-Qəbələ yolunda qeydə alınıb. Rayonun Yuxarı Ağcayazı kənd sakini, 1999-cu il təvəllüdlü Cəlilov Ayxan Fərman oğlu yolda hərəkət edərkən ehtiyatsızlıq edib və "NİVA" markalı minik avtomobili onu vurub. Ağır bədən xəsarətləri alan Ayxan Cəlilov təcili olaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

APA.az