Əfqanıstan: Pakistan əməliyyatlarında 761 nəfər həlak olub

Əfqanıstan Pakistanın qarşılıqlı hücumlarla müşayiət olunan əməliyyatlarında 761 nəfərin öldüyünü və 621 nəfərin yaralandığını açıqlayıb.

Əfqanıstan hökumətinin sözçü müavini Həmdullah Fitrət sosial media hesabında məsələ ilə bağlı açıqlama verib.

Fitrət Pakistanda baş verən hücumlarda 761 nəfərin həyatını itirdiyini, 621 nəfərin yaralandığını və 27.407 ailənin didərgin düşdüyünü bildirib.

Pakistandan BƏYANAT

Pakistanın informasiya naziri Attaullah Tarar bildirib ki, toqquşmalarda Əfqanıstan tərəfində 796 yaraqlı öldürülüb, 1043-dən çoxu yaralanıb.

Tarar Əfqanıstanda 286 nəzarət məntəqəsinin və 249 tankın, zirehli texnikanın və artilleriya qurğusunun məhv edildiyini və 44 nəzarət məntəqəsinin ələ keçirildiyini bildirmişdir.

Tarar Əfqanıstandakı 81 terrorçu hədəfinin və terrorçulara dəstək infrastrukturunun hava hücumlarında hədəf alındığını qeyd edərək, Xayber Paxtunxva əyalətindəki toqquşmalarda 37 yaraqlının zərərsizləşdirildiyini və 80-dən çoxunun yaralandığını əlavə edib.

Pakistan aprelin 2-də davam edən münaqişəyə son qoymaq üçün Əfqanıstan və Çinlə danışıqlar apardığını elan etdi və Əfqanıstan ölkəyə nümayəndə heyəti göndərdiyini təsdiqləyib.

Mövsüm,

AzNews.az