Bakının Heydər Əliyev prospektində 171 saylı marşurut xətti ilə hərəkət edən avtobus ilə yük avtomobilinin toqquşması nəticəsində 21 nəfər xəsarət alıb. Bakının Heydər Əliyev prospektində 171 saylı marşurut xətti ilə hərəkət edən avtobus ilə yük avtomobilinin toqquşması nəticəsində 21 nəfər xəsarət alıb.

Bakıda ağır qəza - 21 nəfər xəsarət aldı

Bakının Heydər Əliyev prospektində 171 saylı marşurut xətti ilə hərəkət edən avtobus ilə yük avtomobilinin toqquşması nəticəsində 21 nəfər xəsarət alıb.


Xəsarət alanların yerləşdirildiyi Sabunçu rayon 3 saylı klinik xəstəxanadan verilən məlumata görə, xəsarət alanlardan hazırda 7 nəfəri xəstəxanadadır, digərlərinin xəsarəti ağır olmadığına görə tibbi yardın göstərilərək evə buraxılıb.

Qeyd olunub ki, hazırda 7 nəfərin 5-i reanimasiyada həkim nəzarəti altındadır, ancaq xəsarət alanlar üçün həyati təhlükə yoxdur. Xəsarətlər əsasən baş-beyin əzilməsi və sınıqlardır.

Trend.az