Azərbaycanda iki uşaq bədbəxt hadisə nəticəsində ölüb. Azərbaycanda iki uşaq bədbəxt hadisə nəticəsində ölüb.

İki uşaq bədbəxt hadisə nəticəsində öldü

Azərbaycanda iki uşaq bədbəxt hadisə nəticəsində ölüb.


AzNews.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bədbəxt hadisələrdən biri Ağcabədi rayonunda baş verib.

Belə ki, iyulun 16-da Ağcabədi rayonunun Kürdlər kəndində yaşayan Səmərqə Süleymanovanın evində Bakı şəhər sakini, nəvəsi, azyaşlı Zəhra Abıyeva pəncərəyə quraşdırılan dəmir barmaqlıqların arasında qalaraq boğulub.

Digər hadisə Xaçmazda qeydə alınıb. İyulun 16-da Xaçmaz rayonunun Məmmədxanlı İlxıçı kəndində azyaşlı Mirzəbəy Kərimov isə ehtiyatsızlıqdan su kanalına düşərək boğulub.

Hər iki faktla bağlı araşdırma aparılır.