Abşeron rayonunda 78 yaşlı kişi itkin düşüb. Abşeron rayonunda 78 yaşlı kişi itkin düşüb.

78 yaşlı kişi itkin düşdü - Abşeron rayonunda

Abşeron rayonunda 78 yaşlı kişi itkin düşüb.


1938-ci ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olmuş, hazırda Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkün şəhərciyindəki 3 saylı binanın 2-ci mənzilində yaşayan Məmmədov Şura Əmir oğlu iyulun 30-da yaşadığı evdən naməlum istiqamətdə gedib və geri qayıtmayıb.

Ş. Məmmədovun əlamətləri: boyu 170 sm, dolu bədən quruluşludur, saçları ağ rəngli və seyrək, gözlərinin rəngi tünd qəhvəyidir.

Sağ qolunda "Firuzə", "Saşa" sözləri, sol əlinin barmaqlarının üzərində 1938 rəqəmi döyülüb. Sağ ayağı axsaqdır. Sonuncu dəfə evdən çıxarkən üzərində ağ rəngli köynək, göy rəngli cins şalvar, ayağında qara rəngli şalvar olub.

Şura Məmmədovu görənlər bu telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

590-64-30, 341-40-14 (Zəngilan Rayon Polis Şöbəsi), (055) 201-20-20.


Apa.az