- Köhnə - Hadisə
- 4 Avqust 2016 20:36
- 2 283
5 otaqlı ev yandı - Bakıda
Bakıda yanğın hadisəsi baş verib.
AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan 5 otaqlı evin dam örtüyü 100 m2 sahədə, 2 otağı, dəhlizin yanar konstruksiyaları 50 m2 sahədə və ev əşyaları yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.