Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bakıda ağır qəza - 3 nəfər öldü, 5 nəfər yaralandı

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 11-də saat 20 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində Bakı şəhər sakinləri Elçin Əfəndiyevin idarə etdiyi "Mercedes", Mirhəşim Abbasovun idarə etdiyi "Opel" və Süleyman Novruzlunun idarə etdiyi "Hyundai" markalı avtomobillər toqquşub.

Nəticədə E.Əfəndiyevin 1 sərnişini, M.Abbasov və 3 sərnişini, habelə S.Novruzlu və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan S.Novruzlu, M.Abbasov və Ramidə Hüseynova orada ölüblər.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.