“Kamaz” birmərtəbəli yaşayış binasına çırpıldı

Kərpiclə yüklənmiş "Kamaz" birmərtəbəli yaşayış binasına çırpılıb. Hadisə Moskva ətrafinda yerləşən Luxovitsk rayonunun Psotino kəndində baş verib. Zərbə nəticəsində tikilinin iki divarı uçub. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, həmin anda evdə 7 yaşlı oğlan, onun nənəsi və babası olub. Hər üçü xəstəxanaya yerləşdirilib. Xəsarət alanların vəziyyəti orta ağırdı.

İlkin məlumata görə, hadisəyə "Kamaz"ın nasaz olması səbəb olub. Maşin idarəetməni itirərək yoldan çıxıb. Hadisənin təfərrüatları araşdırılır.

İnci
AzNews.az