Balakəndə ağır itkiylə nəticələnən yanğın hadisəsi qeydə alınıb. Balakəndə ağır itkiylə nəticələnən yanğın hadisəsi qeydə alınıb.

İki yaşlı körpə yanaraq öldü - Azərbaycanda

Balakəndə ağır itkiylə nəticələnən yanğın hadisəsi qeydə alınıb.


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 24-də saat 20 radələrində Balakən rayonunun Tülü kəndində yaşayan Səltənət Məmmədovanın evində yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra S.Məmmədovanın nəvəsi, 2 yaşlı Ramal Alagözovun yanmış meyiti tapılıb.

Araşdırma aparılır.