“Demişəm ki, sədrikdən çıxıram, bu vəzifə deyil ki, istefa verəm” “Demişəm ki, sədrikdən çıxıram, bu vəzifə deyil ki, istefa verəm”

Kamal Abdulla istefa xəbərinə aydınlıq gətirdi - MÖVQE

“Demişəm ki, sədrikdən çıxıram, bu vəzifə deyil ki, istefa verəm”

Yazıçılar Birliyinin keçirdiyi Ədəbiyyat Müsabiqəsinin Komissiya Heyətinin sədri Kamal Abdulla bəyanat verib. Bəyanatda deyilir: "Azərbaycan Yazarlar Birliyinin ədəbiyyatımızın inkişafı üçün çox vacib olan bir proyekti həyata keçirilməkdədir. Birlikdə beş nominasiya üzrə ədəbi mükafatların verilməsi üçün müsabiqə komissiyası yaradılıb. Bu komissiyanın dəyərli yazarlardan, şairlərdən, tənqidçilərdən ibarət üzvləri artıq fəaliyyət göstərir və müsabiqəyə təqdim edilən əsərlər seçim prosesinə cəlb edilir. Bu komissiyanın sədri mən idim. İşimin çoxluğunu nəzərə alaraq komissiyadan çıxmağım barədə məlumatı bəyan edir, komissiyanın işinə uğurlar arzulayıram".

Kamal Abdulla AzNews.az-a açıqlamasında isə "Mən istefa deyil, bəyanat vermişəm. İstefa daha böyük anlayışdır. Demişəm ki, sədrikdən çıxıram. Bu vəzifə deyil ki, istefa verəm"-deyə bildirdi.

Bahar Rüstəmli
AzNews.az