““Binə” ticarət mərkəzində çox ciddi qanun pozuntularına yol verilib” ““Binə” ticarət mərkəzində çox ciddi qanun pozuntularına yol verilib”

“Binə”dəki aksiyada saxlanılanlarla bağlı mətbuat konfransı keçirilib

““Binə” ticarət mərkəzində çox ciddi qanun pozuntularına yol verilib”



Yanvarın 19-da "Binə" ticarət mərkəzində keçirilən aksiya zamanı saxlanılan şəxslərlə bağlı bu gün mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən hüquq müdafiəçisi Vidadi İsgəndərli bildirib ki, həmin şəxslərin hüquqları pozulub: "Aksiya zamanı Çevik Polis Alayının əməkdaşları əraziyə cəlb olunub. Bu dinc aksiya idi. Oraya Qaradağ rayon Polis İdarəsinin əməkdaşları cəlb oluna bilərdi. Çevik Polis Alayının həmin aksiyanın dağıdılmasına cəlb olunması düzgün deyil. Bundan əlavə, həmin aksiyada saxlanılan şəxslərə əsassız ittihamlar verilib".

Tədbirdə çıxış edən vəkil Xalid Bağırov isə deyib ki, həmin aksiyadan sonra bir qrup vəkil saxlanılan şəxslərin müdafiəsi ilə məşğul olmağa başlayıb: "Mən, Fariz Namazlı və Cavad Cavadlı onların müdafiəsinə öz təşəbbüsümüzlə qoşulduq. Aksiya zamanı saxlanılan şəxslərdən 10 nəfərinin barəsində cinayət işi başlanılıb. Hər biri vəkillə təmin olunub. Binədə baş verən aksiya heç də icarə haqqının artırılması ilə bağlı deyil. Bunlar orada illərdir baş verən qanunsuzluqlara etirazdır. Həmin ticarət mərkəzində 30 minə yaxın insan çalışır. 30 minə yaxın insan isə orada işləməsə də, ora ilə işləyir. Yəni gəlib topdan satış mal alıb aparıb digər yerlərdə satırlar. "Binə" ticarət mərkəzində çox ciddi qanun pozuntularına yol verilib. Orada işləyən şəxslərin hüquqları pozulub".

Daha sonra tədbirdə həmin aksiyada saxlanılan şəxslərinin hüquqlarını müdafiə komitəsinin yaradılması və onların hüquqlarının qorunması işinin davam etdirilməsi qərara alınıb.

AzNews.az