“Binə” üsyanında həbs edilənlər AŞPA-nın gündəmdədir”

Novella Cəfəroğlu: “Həbs edilənlərin siyasi məhbus hesab edilib hüquqlarının qorunması üçün mövzunu gündəmdə saxlayırıq”




"Binə" Ticarət Mərkəzində çalışan sahibkarlar kütləvi aksiyası zamanı həbs edilənlərlə bağlı Avropa Şurası Parlament Assambleyasında məruzə edilib. Bu haqda Moderator.az-a Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu Strasburqdan xəbər verib.

Onun sözlərinə görə, yanvarin 19-da Qaradağ rayonu ərazisində yerləşən "Binə"və "Sədərək" Ticarət Mərkəzinin sahibkarlarının etiraz aksiyasında baş verən hadisələr, həbslər və həbslərin davam edilməsi hada AŞPA üzvlərinə məlumat verilib. "Etiraz aksiyasında həbs edilənlərlə bağlı mövzunu AŞPA-nın gündəmində saxlayırıq. Ticarət Mərkəzində keçirilən etiraz aksiyasında iştirak etdiklərinə görə kütləvi həbslərə məruz qalan insanlarla bağlı ətraflı məruzə etmişik. Onların hüquqlarının pozulması artıq siyasiləşib. Odur ki, həbs edilənlərin siyasi məhbus hesab edilib hüquqlarının qorunması üçün mövzunu gündəmdə saxlayırıq"-, deyə o bildirib. N.Cəfəroğlu bildirib ki, səfər başa çatdıqdan sonra bu haqda Bakıda daha geniş açıqlama verəcək.

AzNews.az