Üsyançılar İcra Hakimiyyətinin binasına daxil olmaq istəyir - EKSKLÜZİV

Polis izdihamın qarşısında acizdir, Bakıdan xüsusi təyinatlıların İsmayıllıya göndərilməsi müzakirə olunur


İsmayıllıda baş verən hadisələrlə bağlı saytımıza rayondakı mənbələrdən yeni informasiyalar daxil olmaqdadır. AzNews.az saytını məlumatlandıran mənbənin sözlərinə görə hazırda izdiham İsmayıllı rayon İcra Hakimiyyətinin qarşısında toplaşıb və binaya daxil olmağa çalışır.

Polis isə xalqla İcra Hakimiyyətinin binası arasında sipər yaradıb, Əhalini ərazidən uzaqlaşdırmaq məqsədilə su şırnaqlarından da istifadə olunub. Əldə etdiyimiz daha bir informasiyada isə vəziyyətin gərginləşməsini nəzərə alaraq rayona Bakıdan xüsusi təyinatlıların göndərilməsi də müzakirə olunur.

Hadisələrin sonrakı inkişafı ilə bağlı yenilikləri də yaxın dəqiqələrdə sizlərə təqdim edəcəyik,

Orxan
AzNews.az