İsmayıllıdakı "Çıraq" otelinin işçisi Bakı şəhər sakini Emil Şəmsəddinovun döydüyü sürücü, rayon sakini Ramil Bəkirov danışıb. İsmayıllıdakı "Çıraq" otelinin işçisi Bakı şəhər sakini Emil Şəmsəddinovun döydüyü sürücü, rayon sakini Ramil Bəkirov danışıb.

İsmayıllıdakı hadisənin səbəbkarı danışdı - Video

İsmayıllıdakı "Çıraq" otelinin işçisi Bakı şəhər sakini Emil Şəmsəddinovun döydüyü sürücü, rayon sakini Ramil Bəkirov danışıb.



Musavat.com-a açıqlama verən zərərçəkən hadisəni güclə xatırladığını bildirib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bu gün yaydığı birgə məlumatında hadisəyə səbəb kimi oteldə işləyən Bakı şəhər sakini Emil Şəmsəddinovun şəhərin Nizami küçəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi və onu elektirik dirəyinə çırparaq qəza törətməsi, eyni zamanda, sərnişini, Bakı şəhər sakini Elməddin Məmmədovla birlikdə yaxınlıqdakı VAZ-2107 markalı avtomaşının sahibi, rayon sakini Ramil Bəkirovu döyərək xəsarət yetirməsi olduğunu bildirib. Əhalinin sıx olduğu yerdə baş vermiş hadisə yerinə xeyli sayda adam toplaşıb və onlara etirazlarını bildiriblər.

E. Şəmsəddinovun yerli sakinləri nalayiq söyüşlərlə təhqir etməsi isə baş vermiş münaqişənin daha da böyüməsinə, nəticədə vətəndaşların oteli və otelin həyətindəki üç müxtəlif markalı avtomobili yandırmalarına səbəb olub.



AzNews.az