Şabran rayonu ərazisində ağır yol qəzası baş verdi. Şabran rayonu ərazisində ağır yol qəzası baş verdi.

Bakı-Quba yolunda “PRADO” ağaca çırpıldı - yanğın oldu

Şabran rayonu ərazisində ağır yol qəzası baş verdi.

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 129-cu km-də, Şabran rayonu ərazisində “PRADO” markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb, aidiyyəti üzrə təhvil verilib.. Əməliyyat saat 16:13-də başa çatıb.