Bakıda Daxili İşlər Nazirliyinin Xətai rayonu, N.Əliyev küçəsi 15 ünvanında yerləşən Yetkinlik Yaşına Çatmayanların Müvəqqəti Təcridxanasında baş vermiş yanğın söndürülüb. Bakıda Daxili İşlər Nazirliyinin Xətai rayonu, N.Əliyev küçəsi 15 ünvanında yerləşən Yetkinlik Yaşına Çatmayanların Müvəqqəti Təcridxanasında baş vermiş yanğın söndürülüb.

Həbsxanada yanğın söndürüldü - Məhkumlar təxliyə olundu + Fotolar

Bakıda Daxili İşlər Nazirliyinin Xətai rayonu, N.Əliyev küçəsi 15 ünvanında yerləşən Yetkinlik Yaşına Çatmayanların Müvəqqəti Təcridxanasında baş vermiş yanğın söndürülüb.

"Report" xəbər verir ki, hadisəyə səbəb müəssisənin zirzəmi hissəsində olan elektrik qutusunda yaranan qısaqapanma olub.

***

18:15

Bakıda həbsxanada yanğın baş verib.

"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın Xətai rayonu ərazisində, Sabit Orucov küçəsində yerləşən yetkinlik yaşına çatmayan məhkumların saxlandığı müəssisədə baş verib.

Hadisə yerinə 5 yanğınsöndürən maşın və təcili tibbi yardım birqadası cəlb olunub. Müəssisədə saxlanılan məhkumlar təxliyə edilib.

Yanğının müəssisənin zirsəmi hissəsində baş verdiyi bildirilib. Müəssisəyə elektrik enerjisinin verilməsi dayandırılıb.

AzNews.az

image description image description