- Köhnə - Hadisə
- 5 Yanvar 2017 11:29
- 4 784
Qız özünü binanın 4-cü mərtəbəsindən atdı
Bakıda gənc qız özünü binanın 4-cü mərtəbəsindən yerə atıb.
"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 21 yaşlı F.S. İnşaatçılar prospekti 38 nömrəli binanın 4-cü mərtəbəsindən özünü yerə atıb. Yaralı binada yaşayanların köməkliyi ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları F.S.-nın intihar etmək məqsədilə özünü binanın 4-cü mərtəbəsindən yerə atdığını müəyyənləşdirib.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az