4 avtomobil toqquşdu - Ölən və yaralananlar var + Yenilənib

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zabrat-Maştağa yolunda baş verib. Dörd minik avtomobilinin toqquşması ilə nəticələnən qəza nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Yaralılar 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan APA-ya verilən xəbərə görə, onlardan birinin vəziyyəti ağır, üçünün vəziyyəti isə stabildir. Yaralılardan biri azyaşlı uşaqdır.

Məlum qəza səbəbindən Zabrat yolunda tıxac yaranıb.

21:08

***

Zabrat-Maştağa yolunda baş verən qəzada ölən şəxsin kimliyi məlum olub.

AzNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonu ərazisində 4 minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “Vaz” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1972-ci il təvəllüdlü Elxan İlqar oğlu İbrahimovun cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 19:49-da başa çatıb.

AzNews.az