- Köhnə - Hadisə
- 11 Yanvar 2017 10:15
- 4 158
21 yaşlı qız sirkə turşusu içərək intihara cəhd etdi - Bakıda
Bakıda 21 yaşlı qız sirkə turşusu içərək intihara cəhd edib.
"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda baş verib.
Belə ki, İsmayıl Qutqaşınlı küçəsi ev 27-də yaşayan 1996-cı il təvəllüdlü Qasımzadə Sevər intihar etmək məqsədilə sirkə turşusu içib. S.Qasımzadə yaxınlarının köməkliyi ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunun əməkdaşları araşdırma aparır.
AzNews.az