"Bir uşağın iddiaları əsasında lazım olmayan məlumatlar yaymaq olmaz" "Bir uşağın iddiaları əsasında lazım olmayan məlumatlar yaymaq olmaz"

Gülər Əhmədovanın əri təkzib etdi

"Bir uşağın iddiaları əsasında lazım olmayan məlumatlar yaymaq olmaz"





Elşad Abdullayevin videoşoularından sonra adi dillər əzbəri olan və ötən ilin sonlarında müəmmalı şəkildə Türkiyədəki xəstəxanaların birində dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov da getdikcə cəmiyyətdə populyarlaşmağa başlayıb.

Artıq az qala hər gün mətbuata açıqlama verən A. Məmmədov bu dəfə də Gülər Əhmədovanın ailəsinin onu rahat buraxmadığından gileylidir. Ayxan Məmmədov deyib ki, Gülər Əhmədovanın ailəsi onun təhdidlərindən sonra hüquq-mühafizə orqanlarına müraciət edərək təhlükəsizliklərinə təminat istəyib.

Ayxan Məmmədovun iddialarıyla bağlı Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədovla Moderator.az- a açıqlama verib. O, mətbuatı " bir uşağın iddiaları əsasında lazım olmayan məlumatlar yayaraq hamını narahat etməkdə" qınayıb: "Bizim ailə qorunmayla və təhlükəsizliyimizin təmin edilməsiylə bağlı heç bir yerə müraciət etməyib. Xahiş edirəm həmkarlarınıza da deyin, yersiz, əsassız məlumatlar yaymasınlar."