Həftənin ilk iş günü Bakıda hava əsasən yağmursuz olacaq. Həftənin ilk iş günü Bakıda hava əsasən yağmursuz olacaq.

Sabah hava necə olacaq?

Həftənin ilk iş günü Bakıda hava əsasən yağmursuz olacaq.




Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, yanvarın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq.
Bakıda havanın temperaturu gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir, nisbi rütubət gecə 85-95 faiz, gündüz 65-75 faiz təşkil edəcək.


Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər və axşam duman olacaq. Temperaturun gecə 0-3° isti, gündüz 7-12° isti olacağı gözlənilir. Dağlarda gecə 2-7° şaxta, gündüz 5-10° isti olacaq.