Şəmkirdə 59 yaşlı kişiyə qarşı quldurluq hadisəsi törədilib. Şəmkirdə 59 yaşlı kişiyə qarşı quldurluq hadisəsi törədilib.

Sürücünü bıçaqlayıb maşınını satdı - Foto

Şəmkirdə 59 yaşlı kişiyə qarşı quldurluq hadisəsi törədilib.

ARB Kəpəz xəbər verir ki, bu gün axşam saat 18:30 radələrində Şəmkir rayonunun Çinarlı qəsəbəsində quldurluq hadisəsi baş verib.

Gəncə sakini 59 yaşlı Namiq Babayevin idarə etdiyi "VAZ 2107" markalı avtomobilə əyləşən şəxs, onu yaşadığı Seyfəli kəndinə aparmasını xahiş edib. Yolun yarısında avtomobilin idarəetməsinə mane olan sərnişin sürücüyə bıçaqla müxtəlif bədən xəsarətləri yetirib. Daha sonra Namiq Babayevi avtomobilindən düşürərək, cibindəki pulu və telefonu çıxardıqdan sonra həmin avtomobilə əyləşərək, ərazidən uzaqlaşıb. Yaralı isə ətrafdakıların köməkliyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin xəstənin vəziyyəti ağır olduğundan Gəncədəki özəl klinikalardan birinə yerləşdirilib.

Dərhal əməliyyata keçən Şəmkir rayon polis şöbəsi əməkdaşlarının səyi nəticəsində Namiq Babayevə məxsus avtomobil tapılıb. Məlum olub ki, hadisəni törədən şəxs onu avtomobil təmiri ilə məşğul olan bir nəfərə 500 manata satıb. Hazırda avtomobili alan şəxs polis şöbəsinə çağrılsa da, quldurluq faktını törədənin kimliyi hələ ki, məlum deyil.

Baş verən cinayət faktı ilə əlaqədar istintaq əməliyyat tədbirləri davam etdirilir.